az

Onore de Balzak

Könyvek

Hangoskönyvek

Idézetek

Sevaidézett2 évvel ezelőtt
Cənab Voke onunla pis rəftar etmişdi, yalnız ağlamaq üçün göz, yaşayıb dolanmaq üçün ev, bir də heç kəsin dərdinə və fəlakətinə mərhəmət bəsləmək haqqını qoyub getmişdi; madam Vokenin sözlərindən belə məlum olurdu ki, insanın dözə biləcəyi hər dərdə dözmüş, hər fəlakətin üzünü görmüşdü.
Sevaidézett2 évvel ezelőtt
Görəsən, bu məxluqun qadın cizgilərini hansı bir turşu zəhərləmişdir? Günahmı, fəlakətmi, yoxsa xəsislikmi? Bəlkə bu qadın məhəbbət nəşələrindən sui-istifadə etmiş, bəlkə köhnə paltar alıb-satmaqla məşğul olmuş, bəlkə də, sadəcə bir kurtizanka olmuşdur? Bəlkə də nəşələri sel kimi özünə cəlb edən küstax gəncliyin zəfərlərini o, yolçuları belə özündən qaçmağa məcbur edən qocalığı ilə bağışlatmağa çalışırdı? İndi onun boş və mənasız baxışlarından soyuqluq yağır, görkəmsiz simasında hədə-qorxu hiss olunurdu. Onun incə səsi qış ərəfəsində kol-kos arasında gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi.
Sevaidézett2 évvel ezelőtt
Bəzəkli, dəbdəbəli Paris bu mənəvi, yaxud cismani iztirablardan üzü saralmış insanları tanımır. Lakin Paris həqiqətən okeana oxşayır. Bu okeana lot ata bilərsiniz, lakin onun dərinliyini müəyyənləşdirə bilməzsiniz.
fb2epub
Húzza és ejtse ide a fájljait (egyszerre maximum 5-öt)