bookmate game
Fyodor Dostoyevski

İdiot

Értesítsen, ha a könyv hozzá lesz adva
Ennek a könyvnek az olvasásához töltsön fel EPUB vagy FB2 formátumú fájlt a Bookmate-re. Hogyan tölthetek fel egy könyvet?
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Deyilib ki, “öldürmək olmaz”, demək, birisi adam öldürdüyü üçün onu da öldürmək lazımdır?
  • b4331856056idézett7 évvel ezelőtt
    Totski təmkinlə soruşdu:
    – Axı məgər bu mümkün şeydirmi? Nastasiya Filippovna, siz bunu doğrudanmı ciddi hesab edirsiniz? Nastasiya Filippovna istehza ilə dedi:
    – Canavardan qorxan meşəyə getməz!
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Doğrudan da, məsəl üçün, bundan da acınacaqlı şey olmaz ki, adam varlı ola, tərbiyəli ailədən, ləyaqətli xarici görkəm sahibi, yaxşı təhsilli ola, sarsaq olmaya, hətta mehriban bir insan ola, eyni zamanda da heç bir istedadı olmaya, heç bir xüsusiyyəti, hətta heç bir qəribəliyi, özünün heç bir xüsusi ideyası olmaya, təpədən-dırnağa qədər “hamı kimi” ola.
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Lakin yenə də, onu başa düşmək mümkün deyilsə, təkrar edirəm, insanın dərk etməsi üçün ona imkan verilməyibsə, bunun üçün cavabdeh olmaq da çətindir. Bir halda ki, belədir, onda Allahın əsl iradə və qanunlarını başa düşə bilmədiyim üçün məni nə üçün mühakimə edəcəklər?
  • Xuraman Memmedovaidézett5 évvel ezelőtt
    Hərgah o barədə deyilsə, onda qızın artırmadan enərək, düz getməyinə bənddir, sonra heç evə qayıtmaya da bilər. Elə hallar var ki, bəzən, lazım gələndə, gəmiləri də yandırmaq olar, hətta evə də qayıtmamaq olar: həyat təkcə səhər yeməklərindən, naharlardan, bir də Ş. knyazlarından ibarət deyildir.
  • Xuraman Memmedovaidézett5 évvel ezelőtt
    İnsanı məftun edən zərif hərəkətlər, sadəlik və zahiri səmimiyyət, demək olar, sehrli təsir bağışlayırdı. Onun heç ağlına da gələ bilməzdi ki, bütün bu sadədillik və nəcabət, fərasət və yüksək şəxsi ləyaqət, ola bilsin, yalnız gözəl bədii bəzək idi. Qonaqların çoxu, təsir oyadan zahiri görünüşlərinə baxmayaraq, olduqca boş və dəyərsiz adamlardan ibarət idi; bununla belə, onlar özündən müştəbeh şəxs olduqları üçün özləri də bilmirdilər ki, onlarda təzahür edən bir çox yaxşı cəhət yalnız süni bəzəkdən ibarətdir, həm də bunun günahı onlarda deyildi, çünki bu süni bəzək onlara qeyri-şüuri və miras olaraq keçmişdi.
  • Xuraman Memmedovaidézett5 évvel ezelőtt
    Bir də ki, o, ciddi şeylər haqqında da həmişə zarafat tərzində elə danışırdı ki, onu heç başa düşmək mümkün deyildi; xüsusilə özü bunun başa düşülməsini istəməyəndə belə edirdi.
  • Necmin Abdullayevidézett5 évvel ezelőtt
    Sizin fikirləriniz çox pərakəndədir, knyaz, siz, yəqin, belə nəticə çıxarmaq istəyirdiniz ki, heç bir anı bir qəpiklə ölçmək olmaz, həm də bəzən beş dəqiqə xəzinədən də qiymətlidir
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Xoşbəxt olub... axmaq vəziyyətində yaşamaqdansa, bədbəxt, lakin xəbərdar olmaq yaxşıdır.
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Bu adam belə hesab edirdi ki, coşqun arzuları ona qüvvət verir. Bütün varlığı ilə fərqlənmək istəyən bu oğlan bəzən ən ağılsız sıçrayışa da hazır idi, lakin iş gəlib ağılsız sıçrayışa çatanda bizim qəhrəmanımız hədsiz ağıllı olduğu üçün bu cür sıçrayışa cəsarət etmirdi. Bu isə onu məhv edirdi.
fb2epub
Húzza és ejtse ide a fájljait (egyszerre maximum 5-öt)