bookmate game
İvan Qonçarov

Oblomov

Értesítsen, ha a könyv hozzá lesz adva
Ennek a könyvnek az olvasásához töltsön fel EPUB vagy FB2 formátumú fájlt a Bookmate-re. Hogyan tölthetek fel egy könyvet?
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Olqa Sergeyevna, dostluq yaxşı şeydir, ancaq bir şərtlə ki, bu dostluq cavan kişi ilə qadın arasında sevgi kimi olsun, yaxud da qocalar arasında sevgi xatirəsi şəklində olsun. Lakin əgər bu dostluq bir tərəfdən dostluq, digər tərəfdən isə sevgi olaraq qalırsa, onda bu dostluqdan Allah saxlasın.
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Onun dünyaya gəlməsini, yəqin ki, anasından başqa görən olmamışdır, bütün həyatı boyu ona çox az adam fikir verir, lakin yəqin ki, onun həyatdan necə gedəcəyini də heç kim görüb hiss etməyəcəkdir; heç kim onu soruşmayacaq, onun dünyadan getməsinə təəssüf etməyəcək və heç kim də onun ölümünə sevinməyəcəkdir. Onun nə düşmənləri var, nə dostları, lakin çoxlu tanışları vardır. Bəlkə də, yalnız dəfn mərasimi yoldan keçən naməlum bir şəxsin nəzər-diqqətini özünə cəlb edər və yoldan keçən bu naməlum adama ilk dəfə nəsib olan bir ehtiramla təzim edər: bəlkə də, başqa bir maraqlanan adam dəfn mərasiminin qabağına qaçıb, mərhumun adını öyrənmək istəyər və buradaca bu adı yadından çıxardar.
  • Xuraman Memmedovaidézett5 évvel ezelőtt
    O, başqasının hazır fikrini icra edən xırda-mırda adamlardan deyildir; o, özü yaradıcıdır və özü də öz ideyalarının icraçısıdır.

    O, səhər yatağından qalxan kimi çaydan sonra həmin saat divana uzanıb, başını əlinə dayayır və qüvvəsini əsirgəmədən fikirləşir, götür-qoy eləyir, o vaxta qədər fikirləşir ki, nəhayət ağır işdən başı yorulur və vicdanı ona: bu gün ümumin səadəti üçün kifayət qədər iş görülmüşdür, – deyir.

    O, yalnız bu zaman zəhmətdən əl çəkib, istirahət etmək və qayğılı vəziyyətini başqa bir vəziyyətlə, yəni daha az işgüzar və daha az ciddi, lakin xəyal və nəşə üçün daha əlverişli olan bir vəziyyətlə əvəz etmək qərarına gəlir.

    Oblomov işgüzar qayğılardan azad olaraq, düşüncəyə dalmağı və onun yaratdığı aləmdə yaşamağı sevirdi.

    Yüksək fikir və niyyətlərdən zövq alıb nəşələnərdi; o, ümumi insan kədərlərinə yad deyildi; o, bəzən bəşəriyyətin bədbəxtlik və fəlakətlərini düşündükcə ürəyi ağrıyır, qəlbi sızıldayırdı, naməlum, səbəbsiz iztirablar və kədər keçirir, hara isə uzaqlara, yəqin bir zaman Ştoltsın onu həvəsləndirdiyi həmin o aləmə can atırdı...

    Onun yanaqlarından şirin göz yaşları axırdı...

    Belə də olurdu ki, o, insanların eyiblərinə, yalana, iftiraya, dünyaya yayılmış şər əməllərə nifrət edir və insana onun yaralarını göstərmək arzusu ilə alışıb yanırdı; birdən ağlında fikirlər parlayır, onlar dənizdəki dalğalar kimi onun başında gəzib dolaşır, sonra böyüyüb niyyətə çevrilir, onun bütün qanını coşdurur, əzələləri dartınır, damarları gərginləşir, niyyətləri dönüb səy və cidd-cəhdə çevrilir: mənəvi qüvvədən ruhlanan İlya İliç bir dəqiqənin içində cəld iki-üç cür vəziyyət alır, gözləri parlaya-parlaya yatağında yarıya qədər qalxır, əlini uzadır və ilhamla ətrafına göz gəzdirir... Lap az qala niyyətləri həyata keçməli, igidliyə çevrilməlidir... Bu zaman, İlahi! Bu cür yüksək səy və qeyrətdən necə möcüzələr, necə nəcib nəticələr gözləmək olardı.

    Amma baxırsan ki, səhər ötüb keçir, gün qurtarıb, axşam olmağa başlayır, bununla bərabər Oblomovun taqətdən düşmüş qüvvələri də dincəlmək istəyir: qəlbindəki tufan və həyəcanlar sakitləşir, başı fikirlərdən ayılır, qanı damarlarında sakit-sakit axmağa başlayır. Oblomov sakit və düşüncəli halda arxası üstə çevrilir və kədərli nəzərlərini pəncərəyə, göyə zilləyərək, kiminsə dördmərtəbəli evinin arxasına dəbdəbə ilə enən günəşi qüssəli-qüssəli gözləri ilə müşayiət edir.

    O, günəşin qürubunu bu cür neçə dəfə müşayiət etmişdi!

    Səhər yenə də həyat, yenə həyəcan, xəyallar! O, bəzən özünü hər hansı bir məğlubedilməz sərkərdə, qarşısında nəinki Napoleon, hətta Yeruslan Lazareviç də dayana bilməyən sərkərdə kimi təsəvvür etməyi sevir; müharibəni və onun səbəblərini xəyalına gətirir; məsələn, onun təsəvvüründə xalqlar Afrikadan Avropaya hücum edirlər, yaxud da o, yeni səlib müharibələri düzəldir və müharibəyə başlayır, xalqların taleyini həll edir, şəhərləri talan edir, rəhm edir, edam edir, bir igid kimi comərdlik və səxavət göstərir.
  • Xuraman Memmedovaidézett5 évvel ezelőtt
    İş burasındadır ki, Tarantyev ancaq dil pəhləvanı idi; xüsusilə başqalarına aid olan hər bir şeyi o, sözdə aydın və asan həll edirdi; ancaq, bircə barmaq iş görmək, yerindən tərpənmək – xülasə, onun özü tərəfindən yaradılan nəzəriyyəni həyata keçirmək və onu əməli yola salmaq, tədbir görmək, əncam çəkmək, işi sürətləndirmək lazım olan kimi – o tamamilə başqa bir adam olurdu: belə hallarda o özünə yer tapmırdı – birdən o özünü də pis hiss edirdi, kefi və əhvalı da pozulurdu, gah naqolaylıq üz verir, gah başqa bir iş çıxır ki, o buna da girişmir, girişsə də, Allah bilir o işin içindən nə çıxa bilərdi. Elə bil uşaqdı: bir şeyi gözdən qaçırar, digər bir məsələdə hər hansı bir boş işdən baş çıxartmaz, ayrı bir yerə gecikib, çatdıra bilməz, axırda da işi yarımçıq buraxar və yaxud da ona axırdan başlayar və hamısını elə dolaşdırıb batırardı ki, sonra onu heç düzəltmək də olmaz, hələ sonra özü də söyüşüb küsməyə başlayardı.
  • Xuraman Memmedovaidézett5 évvel ezelőtt
    , onun üzünün cizgilərində heç bir müəyyən ideya, heç bir gərginlik və yığcam fikir ifadəsi yox idi. Fikir onun üzündə azad bir quş kimi uçur, gözlərində qanad çalır, yarıaçıq dodaqlarına qonur, alnının qırışıqları arasında gizlənir, sonra tamamilə yox olurdu, bu zaman mülayim, ilıq bir qayğısızlıq və laqeydlik şüası onun bütün üzünü işıqlandırırdı. Bu qayğısızlıq onun üzündən bütün bədəninin vəziyyətinə, hətta şlafrokunun1 qırışlarına da keçirdi.
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Səadət, xoşbəxtlik! — dedi. — Sən nə qədər kövrəksən, nə qədər etibarsızsan! Duvaq, çələng, sevgi, məhəbbət! Bəs pul hanı? Bəs nə ilə yaşayaq? Ah sevgi, təmiz, qanuni bir nemət, səni də satın almaq lazım imiş.
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Həyatın çiçəyi tökülmüş, yalnız tikanları qalmışdır.
  • Elmin Seyfəddinliidézett8 évvel ezelőtt
    Eyvanın uçmasına hamı təəccüb etməkdə idi, bir gün əvvəl isə təəccüb edirdilər ki, bu eyvan çoxdan bəri necə dayanır!
  • Fexri Hacizadeidézett3 évvel ezelőtt
    Səthi müşahidəyə malik, soyuq və etinasız bir adam Oblomova ötəri nəzər salsaydı, deyərdi: «Nə mehriban və sadə kişidir!» Bir qədər arif və xoşsifət adam onun üzünə xeyli zəndlə baxıb, xoşniyyət təbəssümlə uzaqlaşardı.
  • b3857670820idézett3 évvel ezelőtt
    Baxanda adama elə gəlir ki, bu dünyada yaşamaq mümkün deyildir, amma içəndə görürsən ki, yox, yaşamaq olar! — deyə o özünə təskinlik verirdi.
fb2epub
Húzza és ejtse ide a fájljait (egyszerre maximum 5-öt)