bookmate game
az
Qılman İlkin

Bakı və bakılılar (dördüncü nəşr)

Értesítsen, ha a könyv hozzá lesz adva
Ennek a könyvnek az olvasásához töltsön fel EPUB vagy FB2 formátumú fájlt a Bookmate-re. Hogyan tölthetek fel egy könyvet?
Azərbaycan xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında çox maraqlı məlumatlar əldə edəcəksiniz. Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hanbalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən yazıçımızın bu əsəri Sizi boş buraxmayacaq. Oxunaqlı dillə qələmə alınmış bu əsəri yaşı çox olan fotolar bəzəyir.
Sizi bu maraqlı kitabla baş-başa buraxırıq.
Ez a könyv jelenleg nem érhető el
549 nyomtatott oldalak
Már olvasta? Mit gondol róla?
👍👎

Benyomások

  • Lacivərd Məmmədovamegosztott egy benyomást7 évvel ezelőtt
    👍Érdemes elolvasni
    🎯Érdekes

    Uzun müddətdir ki, rəfimdə qalıb. Hey oxumaq istəyirdim alınmırdı. Kitab çox gözəl, doğma yazılıb. Demək olar, bütün Bakını, bütün mövzuları əhatə edib. Başlıqlar yaxşı seçilib. Bir tərəfi Bakılı olan biri kimi bəyəndim :)
    Xoşuma gəlməyən və kitabı sıxıcı edən məqamlar: 1. İlk bölümlər çox uzaq keçmişi əhatə etdir. Bakı ilk dövlətlər, xanlıqlar. 8-9-cu sinif tarix kitabını vərəqləyirsən sanki ( Təbii ki, Bakının başqa xanlıqlar və s.lə olan münasibətləri qeyd olunub. Bilmirəm ki bu məlumatlarsız dövrü tam təsvir etmək olmaz. Amma Bakı bu bölümlərdə ikinci plana düşüb); 2. Küçələr, mətbuat və s. Həddən artıq çox məlumat, səhifənin sonuna çatanda əvvəlində nə oxuduğun yadına düşmür artıq (Əgər abituriyent vaxtlarım olsaydı və bunlarin qəbula düşəcəyini bilsəydim, sözsüz çox yaxşı əzbərləyərdim. Amma indi o vaxtlar deyil, ona görə də siyahı adamı sıxır).
    Bu kitab mütləq oxumağa dəyər. Müəllifin çox əziyyət çəkdiyi də hiss edilir. Bakımızdan xəbər verən bu zəngin mənbəyə görə təşəkkürlər!)

  • Sura Hacımegosztott egy benyomást3 évvel ezelőtt
    🔮Rejtett mélységek
    💡Sokat tanultam
    🚀Letehetetlen

  • Zaur Mirzayevmegosztott egy benyomást7 évvel ezelőtt
    🎯Érdekes

Idézetek

  • Lacivərd Məmmədovaidézett7 évvel ezelőtt
    Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər
  • Lacivərd Məmmədovaidézett7 évvel ezelőtt
    — Tutu Bikə, qapını aç. Fətəlinin meyidini gətirirlər. Şirvanda öldürülüb.
    Meyidin üzü örtülü olduğu üçün Tutu Bikə qardaşının sözlərinə inanmır. Fikirləşir ki, Fətəlinin meyidi olsaydı, Həmzə onun üzünü açmış olardı. Qardaşına çığırır:
    — İnanmıram ki, böyük Fətəli o kiçik cənazəyə sığışmış ola.
  • Lacivərd Məmmədovaidézett7 évvel ezelőtt
    fəvvarələr meydanının yeri isə bakılıların zəfəran tarlaları idi

Könyvespolcokon

fb2epub
Húzza és ejtse ide a fájljait (egyszerre maximum 5-öt)