Əsərdə başqa-başqa dünyalardan olan fərqli siniflərə məxsus iki gəncin sevgi hekayəsindən bəhs olunur. Məhəbbət, dost itkisi, ailə, ayrılıq acısı, mənəvi sarsıntılar, peşmançılıq, müharibənin gətirdiyi müsibətlər, nəhayət, bağışlaya bilməməklə bağlı bütün duyğularınızı yerindən oynadıb, dərin düşüncələrə daldıracaq bir roman. Ona ən yaxın olan insanlar arasında seçim etmək məcburiyyətində qalacaq Səmranın seçimi həyati seçimdir – valideynləri, yoxsa sevdiyi oğlan… Ümumiyyətlə, sevgiyə ikinci şans vermək olarmı? Arzularını darmadağın, xəyallarını alt-üst edən, peşman edən sevgiyə… Bağışlamaq olarmı bu sevgini? Yoxsa bağışlamayıb bir ömür itmiş xoşbəxtliyinin ağrısını çəkməyə məhkum olmaq? Əslində bağışlayacağın bu sevgi sənin ən ülvi arzundursa, bağışlamaq gərəkmirmi?!