az
Qustav Flober

Madam Bovari

Értesítsen, ha a könyv hozzá lesz adva
Ennek a könyvnek az olvasásához töltsön fel EPUB vagy FB2 formátumú fájlt a Bookmate-re. Hogyan tölthetek fel egy könyvet?
  • Chinara Jalilovaidézett9 évvel ezelőtt
    Dərd gələndə batmanla gəlir və sahilə çarpan dalğalar kimi bitib-tükənmək bilmir.
  • Şəbnəmidézett7 évvel ezelőtt
    Kişi, ən azından, azaddır; bütün coşqun hisslər və ölkələr onun ixtiyarındadır, o, maneələri aşa, ən əlçatmaz həzlərdən dada bilərdi. Amma qadın daima əngəllərlə rastlaşır. Təbiət etibarilə süst, eyni zamanda qıvraq olan qadın zəif cismi ilə qanunlara tabelik arasında ikiyə parçalanmalı olur. İradəsi şlyapasına bağla bənd edilmiş duvaq kimi küləyin ən yüngül hərəkətindən titrəyir; hər zaman hansısa arzu onu özünə çəkir, həmişə hansısa şərtlər onu tutub saxlayır.
  • Xuraman Memmedovaidézett6 évvel ezelőtt
    Bir halda ki bizim ehtiyac duyduğumuz hər şey Tanrıya bəllidir, onda dualara nə gərək var?
  • Xuraman Memmedovaidézett6 évvel ezelőtt
    Yalnız beş ildən sonra mösyö Bovari əsl həqiqəti öyrəndi, amma artıq həqiqət köhnəlmişdi, onunla barışdı, onun belindən gələn adamın sarsaq ola biləcəyi heç vaxt ağlının ucundan da keçməmişdi.
  • Gunel Najafovaidézett9 évvel ezelőtt
    – Ah! Yaxşı! – Felisite razılaşırdı. – Siz də Gerina kimisiniz, Poledən olan balıqçı Gerinin qızı, bu qızla sizə gəlməmişdən ­qabaq Dyepdə tanış olmuşdum. Gerina o qədər qəmgin qız idi ki, onu evlərinin kandarında ayaq üstə görsəydiniz, elə bilərdiniz ki, qapının qarşısından kəfən asıblar. O da belə xəstəliyə yoluxmuşdu, başı dumanlıydı, nə həkimlər, nə də keşiş onun dərdinə əlac qıla bilirdilər. Halı lap ağırlaşanda tək-tənha dənizin sahilinə qaçırdı, hətta gömrükxana işçisi onun tez-tez çay daşlarının üstündə üzüqoylu uzanıb ağladığını görmüşdü. Deyilənə görə, toydan sonra azarı keçib getdi.
    – Məndə isə, – Emma dedi, – toydan sonra başladı.
  • EMİNAidézett2 évvel ezelőtt
    sevginin məruz qaldığı qasırğalar arasında münasibəti ən çox soyudan və ən çox dağıdan qasırğa pul xahişidir.
  • Mir Aliidézett5 évvel ezelőtt
    Anası əvvəllər olduğu kimi, indi də əriylə arasında düşən növbəti xırda narazılıqdan sonra oğlunun yanına gəlirdi.
  • Xuraman Memmedovaidézett6 évvel ezelőtt
    alman qadınları əsəbi, fransızlar pozğun, italyanlar ehtiraslıdırlar.
  • Raul Amirovidézett6 évvel ezelőtt
    kənddən çıxmış insanların əksəriyyəti belədir, atalarının əllərinin qabarını sanki ürəklərində daşıyırlar.
  • osipovamvidézett2 évvel ezelőtt
    Anası ona yazıb-oxumağı, hətta öz köhnə pianosunda iki-üç sadə romans ifa etməyi öyrətmişdi. Lakin söz sənətinə laqeyd olan cənab Bovari bunları görüb, “nahaq yerə əlləşirsən!” deyirdi. Məgər oğlanı dövlət məktəbində oxutmağa, ona vəzifə almağa və ya ticarət işi qurmağa imkanları olacaqdı? Üstəlik, “bu dünyada ancaq həyasız adam həmişə uğur qazanır”. Madam Bovari bu sözdən dodağını dişləyər, oğlan isə özü üçün kənddə gəzib veyllənərdi.
fb2epub
Húzza és ejtse ide a fájljait (egyszerre maximum 5-öt)