az
Mayn Rid

Başsız atlı

Értesítsen, ha a könyv hozzá lesz adva
Ennek a könyvnek az olvasásához töltsön fel EPUB vagy FB2 formátumú fájlt a Bookmate-re. Hogyan tölthetek fel egy könyvet?
  • Mir Aliidézett7 évvel ezelőtt
    qızıl hər şeyə qadir olan bir metaldır
  • Gunduz Memmedovidézett9 évvel ezelőtt
    Günorta bu istirahət çağında çölün ayrı heç bir yerində nə uçan bir quş, nə də qaçan bir heyvan görünürdü: quşlar da, heyvanlar da kölgədə gizlənmişdi. Yalnız qazanc dalınca qaçan insan günəşin yandırıcı şüaları altında öz yoluna davam edirdi
  • Mir Aliidézett7 évvel ezelőtt
    Elə dəqiqələr olur ki, söz söyləmək lazım gəlmir.
  • Gunduz Memmedovidézett9 évvel ezelőtt
    Həyəcan bir qədər sakitləşdikdə Kolxaun qışqırdı:
    — İndi isə bunun hamısından sizin xəbəriniz vardır, lakin bunun nə ilə qurtaracağı hələ sizə məlum deyildir! Siz mənim ölüm ayağında olduğumu görürsünüz, lakin mən onu da öldürməyincə qəbirə enməyəcəyəm. Allaha and olsun ki, başqa cür edə bilmərəm!
    Bu anda dalbadal iki güllə açıldı.
    İki adam üzüstə yerə sərildi. Onların başı az qala bir-birinə toxunurdu.
    Bunların biri mustanger Moris Cerald, o bir də süvari kapitanı Kassi Kolxaun idi.
    Camaat onları dövrəyə aldı. Görünür, hər ikisi ölmüşdü. Gərgin sükut içindən bir qadının ürək parçalayan qışqırtısı eşidildi
  • Mir Aliidézett7 évvel ezelőtt
    Mənim xoşuma gələn siz özünüz deyil, yalnız sizin at minmək məharətiniz gəlirdi. Özü də bu üç il bundan əvvəl olmuşdu. O zaman mən hələ kiçik bir qız idim. O yaşda qıza elə şeylər qüvvətli təsir buraxır. Onu mənəvi keyfiyyətlər yox, xarici parıltı heyran edir. Lakin indi mən böyümüşəm və təbiidir ki, çox şeyə başqa cür münasibət bəsləməyə başlamışam.
  • Mir Aliidézett7 évvel ezelőtt
    Məhəbbət üçün maneə yoxdur.
  • Gunduz Memmedovidézett9 évvel ezelőtt
    Düzəndə yaşayan təcrübəli adamın gözü isə atın nə kimi biri olduğunu dərhal müəyyən edər.
    Əgər at ağzında yüyən, belində yəhər olduğu halda otlarsa, o zaman şübhəyə yer qalmaz. Belə olduqda yalnız atın öz sahibindən necə qaçdığı üzərində düşünmək lazım gələr.
    Lakin at, belində bir adam olduğu halda otlarsa, onda belə düşünmək lazımdır ki, onun sahibi axmaq və tənbəl bir adamdır, atın daha təbii bir halda otlamasına imkan vermək üçün onun belindən düşməyi ağlına gətirmir.
    Əgər atlının əsla başı olmazsa, o zaman minlərlə ehtimal meydana çıxa bilər: bu ehtimallardan da bəlkə heç biri azca da olsa həqiqətə uyğun olmaz
  • Gunduz Memmedovidézett9 évvel ezelőtt
    — Kastro, tez o! — Deyə səsləndi. – Bu gün sənə nə olub, yadından çıxarma ki, çətinliklə olsa da axı keçən dəfə ona çatan sən idin. Axı onun belində bir qız var. Elə bir qız ki, dünyada o, mənə hər şeydən əzizdir, mən öz həyatımı da, sənin də həyatını onun uğrunda qurban edərdim. Di cəld ol! Cəld ol!..
    “Mən onu gözdən itirsəm nə olar? Axı o həlak olar
  • Gunduz Memmedovidézett9 évvel ezelőtt
    Qonaqlar yerlərində sakitcə oturub mustangerin qayıtmasını gözləyirdilər. Damın üstündə oturanlar mustangerin atdan yıxılıb öləcəyi və ya heç olmasa şikəst olacağı gümanını bir neçə dəfə təkrar etdilər. Burada olanlardan biri bunu ürəyində arzu edirdi, bir başqası üçün isə bu onun öz ölümünə bərabər idi
  • Gunduz Memmedovidézett9 évvel ezelőtt
    Luiza yüngül addımlarla, kefi kök halda eyvandan getdi, lakin otağına gəlib özünü tək gördükdə yenə də dərin fikrə daldı: “O, mənim taleyimdir. Mən bunu hiss edirəm. Bu taleyə qarşı durmaq məni dəhşətə gətirir, ondan yaxa qurtarmaq mənim əlimdə deyildir. Mən bunu bacarmıram və istəmirəm də!”
fb2epub
Húzza és ejtse ide a fájljait (egyszerre maximum 5-öt)